Şirkət adı: Azərbaycan Beynəlxalq bank
İş məlumatları:
Şəhər: Bakı
Əmək haqqı: Razılaşma yolu ilə
Kateqoriya: IT security
Məşğuliyyət: Tam iş günü
Sahə: IT & Development (Proqramlaşdırma)
İş barədə məlumat:
Şübhəli əməliyyatların aşkarlanması üzrə monitorinq qaydalarını tərtib etmək və ya təkmilləşdirmək (idarə etmək); Monitorinq qaydalarının testlərini aparmaq;Monitorinq qaydaları, nəzarətlər və ya xəbərdarlıqlar üzrə qeydləri aparmaq, inventarı aparmaq;Monitorinq qaydalarının iş prosesində baş vermiş problemlər/nöqsanlar/səhvlərin izlənilməsi və düzəlişləri etmək;Yeni və mövcud məhsul və xidmətlərdə dələduzluq Risklərinin aşkarlamaq, Dələduzluq Riskin azaldılması üzrə tədbir və ya təklif planını hazırlamaq;Dövri əsasda (illik və s.) bankın bölmə, şöbə, departamentləri üzrə dələduzluq risklərinin qiymətləndirilməsi (Fraud Risk Assessment) prosesini aparmaq;Bankın dələduzluq riski hesablama modelini tərtib etmək və idarə etmək;İnsidentləri idarə etmək;Kart və digər Rəqəmsal kanallar üzrə baş vermiş şübhəli əməliyyatların mütəmadi təhlili, dələduzluq trendlərin, insidentlərin, dələduzluq praktikasının izlənilməsi və qarşılayıcı tədbirlərin, qaydaların yaradılması və ya dəyişiklik edilməsi üçün təkliflər vermək;Sorğuları (JIRA, OTRS və s.) idarə etmək;Dövri əsasda (günlük, həftəlik, aylıq, rüblük, illik və s.) hesabatları hazırlamaq və təqdim etmək;Azərbaycan Respublikasının Mərkəzi Bankı, Beynəlxalq Ödəniş Sistemləri və digər tənzimləyici qurumların (requlyatorların) Anti-Fraud istiqamətində qaydaları, tələbləri, tövsiyyələrinin bank üzrə tətbiqinə nəzarət etməkdir.Nami̇zədə tələblər:
Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr (və ya Magistr dərəcəsi);Dələduzluğun idarə edilməsi, şübhəli əməliyyatların monitorinqi, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik, əməliyyat risklərinin idarə edilməsi və bənzər sahədə ən azı 3-5 il iş təcrübəsi;Kompüter avadanlığı, əməliyyat sistemi (Microsoft Windows) və Ofis proqram təminatı (Microsoft Office (Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri (JIRA, OTRS və s.)) ilə yaxşı səviyyədə işləmə bacarığı;Rule Management, Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;Kart (Kart, hesab, ECOM, POS, ATM və s.) və digər Rəqəmsal (Internet Banking, Mobile Banking, Core Banking System və s.) kanallar üzrə dələduzluq növləri ilə tanışlığı, aşkarlama, qarşısını alma, tədbir planının qurulması bacarığı;Analitik düşünmə bacarığı;Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı;Qərar vermə bacarığı olan şəxsdir;İngilis dilini bilmək arzuolunandır.