Təsvir“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçün Gənc İnsan Resursları mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
Gənc İnsan Resursları mütəxəssisi çalışdığı bölgə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
- Filialda yaranan vakansiyaların qarşılanması uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən filialda işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
- İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
- Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
- İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
- Filialda işçilərin davamiyyətinə nəzarət sistemi ilə işləyir və filial direktoruna davamiyyətdəki nöqsanları məlumat verir;
- Filialda işləyən işçilərdən nizam-intizama əməl etməyənlər haqqında, filial direktorunun göstərişi ilə qanunvericiliyin tələbinə uyğun inzibati cəzalar verilməsində sənədləşmə işlərini görür;
- Filial işçilərinin əmək haqqı hesablanmasına yardım edir;
- Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
- İşçilərə məzuniyyətlərin verilməsi proseslərində yardım edir;
- Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edilməsinə yardım edir.
- Tələblər
- Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
- Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
- Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
- Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi
- İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab, Mingəçevir Müraciət et