Bu elan karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən şəxslər üçündür ❗
“İnsan Resursları üzrə təcrübəçi”
Baku Electronics şirkəti yeni məzunlara iş imkanları yaratmaq, həmçinin, şirkətimizin insan kapitalına olan töhfəsini artırmaq məqsədilə, İnsan Resursları sahəsi üzrə gənc və dinamik kadrlar üçün ödənişli təcrübə proqramı elan edir!
Tələblər:
- Ali təhsil (İnsan Resurslarının idarə olunması, psixologiya və biznesin idarə olunması yaxud digər oxşar ixtisaslar);
- MS Office proqramlarından istifadə qabiliyyəti;
- Sərbəst ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;
- İnkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı;
Öhdəliklər:
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Ümumi iş prosesinə dəstək olunması və s.
Təcrübəli komandamız sizlərə öz ideyalarınızı və yaradıcılığınızı paylaşa biləcəyiniz öyrənmə imkanları təqdim edir. Ödənişli proqramımız ərzində siz real iş mühiti ilə tanış olacaq və İnsan Resursları sahəsində ilkin iş təcrübəsinə yiyələnə biləcəksiniz.
Əgər siz də müvafiq sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və karyeranızı Baku Elecronics şirkətində davam etdirmək istəyirsinizsə, aysel.bayramli@bakuelectronics.az elektron ünvanına CV-lərinizi mövzu hissəsində “İR üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərsiniz!
Təcrübə müddətini uğurla bitirən namizədlərin işlə təmin olunması mümkündür.