“PAŞA Sığorta” ASC şirkəti Kampaniya/Layihə idarəetməsi üzrə təcrübəçi vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
Təcrübəçidən tam və ya dəstəkləyici funksiya olaraq aşağıdakı öhdəliklər tələb ediləcək:
- Müştərilər üzrə araşdırma (sorğular, fokus qruplar və s.) aparılmasında aktiv iştirak etmək
- Araşdırma nəticələrinə uyğun yeni məhsul/kampaniya təklifləri üzərində çalışmaq
- Yeni məhsulun/kampaniyanın bazara çıxış planının icrasında dəstək olmaq
- Cari və yeni məhsul satışları və ya kampaniya üzrə təhlil etmək, müvafiq hesabatlar hazırlamaq
- Rəqiblərin marketinq fəaliyyətini və məhsul/kampaniya təkliflərini izləmək.
- Digər zəruri işlərin icrasında dəstək olmaq
BİLİKLƏR:
- Analitik və kreativ düşüncə
- Adaptivlik və çeviklik
- Güclü kommunikasiya bacarığı (yazılı,şifahi)
- Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
Son müraciət: 15.10.2023
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.