“Kaspi” Təhsil Şirkəti Təcrübə Proqramını elan edir.
Minimum vakansiya tələbləri:
- Ali təhsil
- Azərbaycan/ rus/ ingilis dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı
- Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq
- Çeviklik və qısa zamanda qərar vermək bacarığı
- Şifahi ünsiyyət bacarığı
- Davamlı öz üzərində işləmə və mütaliə bacarığı
Vəzifə öhdəlikləri:
- təcrübə keçdiyi sahə üzrə öyrənmə xarakterli müşahidələr aparmaq;
- şirkətin təcrübəçilər üçün təşkil etdiyi təlimlərdə iştirak etmək;
- təcrübəçilər üçün tərtib edilmiş inkişafyönümlü layihələrin iştirakçısı olmaq;
- proqram boyunca bilik və bacarıqlarını əks etdirən tapşırıqları yerinə yetirmək.
İş yeri: “Kaspi ” Təhsil Şirkətinin müəssisələri
Son müraciət tarixi: 15.11.2022
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasında TƏCRÜBƏÇİ vəzifəsini seçərək müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.