Layihə koordinatoru (təcrübəçi)
Gənc Mühasiblər İctimai Birliyi “Layihələrlə iş üzrə təcrübəçi” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri
– Yerli və beynəlxalq layihələrin yazılması və idarə edilməsində iştirak etmək;
– Sosial, infrastruktur və s. layihələrin, korporativ sosial məsuliyyətin araşdırılması;
– Layihə büdcəsinin hazırlanmasında iştirak etmək;
– Yeni layihələrin hazırlanması üçün ideya və təşəbbüslə çıxış etmək;
– Layihələrin təsviri, hesabatının hazırlanması və təhvil verilməsində kömək etmək;
– Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə dair tələblər
– Ali təhsilli (İdarəetmə və ya Beynəlxalq əlaqələr sahəsində təhsilinin olması üstünlükdür)
– Azərbaycan və İngilis dilində sərbəst danışıq, yazışma və kommunikasiya bacarığı
– Gənclər və gənclər təşkilatları ilə layihələrin yazılması və idarə olunması istiqamətində minimum 1-3
illik aktiv fəaliyyətinin olması
– Ali təhsilini tam bitirmiş və ya 4cü kurs tələbəsi (qiyabi oxuyan tələbələr)
İş saatı – 09:00-18:00
İş yeri – Əhməd Rəcəbli 156, Aynalı Plaza.
Qeyd: Təcrübə müddəti ödənişlidir. Təcrübə müddətini uğurla tamamlayan təcrübəçi tərəfimizdən komandanın üzvü kimi işə qəbul olunacaq. Yalnız bütün tələblərə cavab verə bilən şəxslər öz CV-lərini “Layihələrlə iş üzrə təcrübəçi” başlığı altında recruitmentgmib@mail.ru mail ünvanına göndərə bilər.