Trustme Digital şirkəti ödənişli “SEO” ilə bağlı internship proqramına start verir.
Agentliyimizdə “SEO” ilə bağlı internship proqramına başlayırıq. Təcrübə üçün komandamıza qoşulacaq 2 nəfərdən biri də siz ola bilərsiniz.
SEO sahəsində özünü inkişaf etdirmək, aktiv və daim öyrənməyə həvəsli olanları dəvət edirik. Bizimlə birlikdə siz bunları öyrənəcək, tətbiq edəcək və təcrübə qazanacaqsınız:
- SEO kontentlərinin formalaşdırılması
- On page SEO
- Off page SEO
- Texniki SEO
- Google alqoritmaları ilə işləmə bacarığı
- Rəqib analizləri
- Veb saytların idarəolunması
Təcrübəçidən gözləntilərimiz:
- Minimum B2 İngilis dili
- Gələcək hədəfi SEO üzrə ixtısaslaşmaq olmalı
- Daim araşdırmağı sevməli və özünü inkişafa meyilli olmalı
- Google-da yazmaqla rahat öyrənə biləcəyi hər şeyi soruşmamalı. Özü də araşdırmağı bacarmalı
- Yeni məlumatlar öyrənməyə və öyrəndiklərini paylaşmağa həvəsli olmalı
Təcrübəyə gələcək şəxslər ölkədə və xarici bazarlarda bir sıra yüksək həcmli trafiki olan saytlarının texniki tərəfləri ilə tanış olacaq və onlarla iş üzrə təcrübə əldə edəcək. Təcrübə müddətimiz 3 ay davam edəcək. Təcrübə proqramını uğurla başa vuranlar daimi işlə təmin olunacaqlar.
Ünvan : Babək pr, Babək plaza, B korpusu, 5-ci mərtəbə
İş saatları : B.e – Cümə 10:00-18:00
CV-lərinizi və ya özünüz haqqında qısa informasiya yazmaqla müvafiq olaraq “SEO-internship” başlığı ilə job@trustmedigital.com email adresinə göndərə bilərsiniz.