Karyerasını Mühasibatlıq və ya Satınalma sahəsində qurmaq istəyən, həvəsli, öyrənməyə açıq və şəxsi inkişafına önəm verən məzunların nəzərinə.
Caspian Equipment Company Mühasibatlıq və Satınalma üzrə ödənişli və rəsmi Təcrübə Proqramı elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və müvafiq sahələrdə);
- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə olmalı;
- MS Excel, Word proqramlarında işləməyi bacarmalı;
- İnkişafa meyilli, çevik və məsuliyyətli olmalı;
- Komandada işləməyi bacarmalı.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
- Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə müvafiq olaraq “Mühasibatlıq üzrə təcrübəçi” və ya “Satınalma üzrə təcrübəçi” yazaraq hr@cec.az ünvanına göndərmələri xahiş olunur.