YAY TƏCRÜBƏ PROQRAMI
Tələbələrin elmi-texniki biliklərinin artılırması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM Sement 2022-ci il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradır.
Kimlər müraciət edə bilər:
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:
- Mexanika mühəndisliyi
- Eletrik / Elektronika/ Avtomatika Mühəndisliyi
- Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
- Sənaye mühəndisliyi
- Mədən Mühəndisliyi
- Kimya mühəndisliyi/Kimya texnologiyası
- Tikinti materiallarının texnologiyası
- İnşaat mühəndisliyi
- Materiallar Mühəndisliyi
- Əməyin mühafizəsi(SƏTƏM) / Ekologiya
- İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi /Kompüter elmləri
- İnsan Resurslarının İdarə olunması
- Biznesin təşkili və idarəedilməsi
- Nəqliyyatın təşkili və idarəedilməsi
- Təchizat Zəncirinin idarə edilməsi
- İqtisadiyyat
Şərtlər:
- İş qrafiki: Standart (5 günlük)
- Müddət: 1-3 ay
- Əlavə olaraq: Nahar və nəqliyyat xidməti
Qeyd: Norm şirkəti tərəfindən təcrübə proqramı müddəti ərzində nahar və nəqliyyat xidməti təmin edilir.
Tələblər:
- Elektron CV
- Tələbə Biletinin Surəti
- *Bu tələbləri qarşılamaq zəruridir.
Seçim Prosesi:
- Yazılı Test Mərhələsi( İngilis dili, Məntiq və Dünyagörüşü)
- Müsahibə Mərhələsi
Müraciətlər:
Müraciətlərinizi 31 may 2022-ci il tarixinədək internship@norm.az email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.