Şirkət adı: Bank
İş məlumatları:
Şəhər: Bakı
Əmək haqqı AZN: Ə/h razılaşma ilə
İş rejimi: Tam-ştat
Sahə: Maliyyə
Kateqoriya: Kredit mütəxəssisi
İş barədə məlumat
– Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
– Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
– Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilində iştirak edir, həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
– Rəsmləşdirilən sənədləri arxivləşdirir;
– Şöbə müdirinin, bölmə rəhbərinin tapşırığına əsasən müvafiq işləri görür;
– Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
– Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
– Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Texniki səriştəliklər
Daxil olan onlayn müraciətlərə əsasən müştərilərə kredit,taksit və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək
Potensial müştəriləri təhlil etmək, rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək
Müəyyən olunmuş limitlər çərçivəsində onlayn müraciət olunmuş ərizələrin rəsmiləşməsini təmin etmək
Müştəriləri bankın filialına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək
Nami̇zədə tələblər
Yumşaq bacarıqlar
Digər şərtlər
– Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
– Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
Kompüter biliyi
Elan tarixi: 16 Iyun – 16 İyul