“ParaBokt”-dan Bakı şəhəri və Gəncə, Tovuz, Qazax, Fizuli, Beyləqan, Salyan, İsmayıllı, Yevlax, Mingəçevir, Şəki, Göyçay, Qəbələ bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər
- Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
- Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Maraqlanan şəxslər vakansiya@parabokt.az ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.