Rossmann Marketinq komandasına POS Marketinq və SMM üzrə Təcrübəçilər axtarışındayıq.
Vəzifə öhdəlikləri:( POS Marketinq)
- POS materialların mağazalar üzrə bölgüsü, sifarişin həyata keçirilməsi və izlənilməsi
- Çap materiallarının təmin olunmasına nəzarət
- Mağaza daxili və xarici reklam işlərini şirkət konseptinə uyğun təşkil etmək
- POS marketinq layihələri üzrə mağazalarda ölçülər götürmək və mağazanı brandbook-da qeyd olunan normalar üzrə pos marketinq materialları ilə təmin etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Vəzifə öhdəlikləri: (SMM)
- Şirkətin sosial media platformalarına nəzarət etmək
- Foto-video çəkilişlərdə iştirak, prosesə nəzarət, istiqamətləndirmə
- Sosial mediada gələn sorğu və rəylərin operativ cavablandırılması
- Mağazada məhsulllar haqqında story-lərin çəkilməsi
- Müsabiqələrin planlaşdırılması və keçirilməsi, qaliblərin təyin olunması
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər:
- Ali təhsil;
- Dil bilgiləri: İngilis və Rus dilləri üstünlükdür
- MS Office bilikləri
- Komanda ilə işləmə bacarığı, çevik, analitik düşüncə və problem həlletmə bacarıqları
Nahar Şirkət tərəfindən qarşılanır və Servis Xidməti mövcuddur.
Maraqlanan namizədlər CV-lərini müvafiq Vakansiyanın adını mövzu hissəsində qeyd etməklə Careers@rossmann.az ünvanına yönləndirə bilərlər.
Qeyd: Müraciət üçün son tarix: 18.02.2024