Namizədə tələblər:
Uğurlu olmaq üçün sahib olmalı:
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
- Azərbaycan dilində səlis danışmağı və yazmağı bacarmalı, rus dilini bilməsi üstünlüktür
- Məsuliyyətli və punktual olması
- Beynəlxalq modelləri araşdırıb layihənin tələbinə cavab verən elementləri tətbiq etmək
- IT (PYTHON) bilikləri üstünlükdür
İş barədə məlumat:
Öhdəliklər:
- İmtahanların, açıq dərslərin, tədbirlərin, seminarların və s. keçirilməsini təmin etmək
- Tələbələrlə ve valideynlərlə əlaqədə olmaq, imtahan və açıq dərslərdən əvvəl iştirakçılarla əlaqə saxlamaq
- Layihənin gündəlik gedişatını analiz etmək, nəticələr çıxartmaq və ona uyğun qərarların alınması
- “FeedBack”-lərə əsasən layihənin inkişafını təmin etmək
- Layihənin vaxtında və keyfiyyətlə irəliləməsinə nəzarət etmək
- Layihə ilə bağlı suallara hər zaman açıq olub onların cavablandırılması
- Müəllim və mentorlarla tədris zamanı və tədrisdən kənar əlaqə saxlayıb, hər bir tələbə haqqında fərdi danışmaq
- Dərs cədvəlini tərtib etmək və cədvəldəki problemləri əvvəlcədən həll etmək
Şərtlər:
- Elmlər m. yaxınlığında əla şəraitli ofis
- Karyera və vəzifə artımı imkanı
- Korporativ nömrə, telefon, macbook ilə təmin olunma
- Həftədə 6 gün, 10:00-dan-18:00-dək
Müraciət:
Müraciət üçün CV faylınızı “Project manager intern” mövzusu ilə talent@div.edu.az e-mail ünvanına göndərin