“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti “Qrafik Dizayn üzrə təcrübə proqramı”na start verir!
Əgər karyerana maraqlı və dinamik inkişaf olan yerdə başlamaq istəyirsənsə, “Azərsığorta” komandasında sən də yerini al!
Tələblərimiz:
- “Adobe Photoshop”, “Adobe Illustrator”, “Corel Draw” proqramlarını istifadə etməyi bacarması;
- İşində kreativ və yenilikçi olması;
- Məsuliyyətli və dəqiq;
- Dizayn sahəsinə və yaradıcılığa marağı olması
- Araşdırma etməyi sevən;
- Komanda ilə işləmək bacarığının olması.
İş barədə məlumat:
- Verilmiş tapşırıqlar əsasında müxtəlif növ dizayn işləri hazırlamaq;
- Şirkətə aid müəyyən qrafik dizayn işlərinin görülməsi (əsasən sosial media işləri üçün);
- Promo-aksiyalar üçün təkliflərin hazırlanması və vizualizasiyası (Banner, bilbord, broşür və bu kimi çap materialları).
Namizədin portfolio təqdim etməsi məqsədəmüvafiqdir.
Uyğun namizədlərdən öz cv və portfoliolarını “Qrafik dizayner” başlığı ilə cv@azersigorta.az adresinə göndərmələri xahiş edilir. Portfolio göndərməyən şəxslərin cvləri nəzərə alınmayacaqdır.