Azər Türk Bank gənclər üçün yeni təcrübə proqramına başlayır!
Dövlət bankı Azər Türk Bank cari ilin sentyabr ayından etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələri üçün “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına start verir
Gənc mütəxəssislərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə universiteti yeni bitirmiş və bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış şəxslərə üstünlük veriləcəkdir.
Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq proqramın müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə namizədliyinə Bank tərəfindən baxılması nəzərdə tutulub.
Son müraciət tarixi 15 sentyabr.
Qeydiyyat: https://qlor.me/l6omkxoa
Rəqəmsal bankçılıqdan zövq alın!