“My Broker” gömrük təmsilçiliyi SATIŞ ÜZRƏ TƏCRÜBƏ PROQRAMINI elan edir!
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı “My Broker” gömrük təmsilçiliyi gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, şəxsi inkişafın təmin edilməsi, peşəkar bacarıqlarının inkişafı və real iş şəraiti ilə tanış etmək məqsədi ilə tələbələr, məzunlar və iş heyatına yeni başlayanlar üçün təcrübə proqramı elan edir. Siz də öz karyera arzunuzu reallaşdırmaq, təcrübə və biliklər qazanmaq istəyirsinizsə “My Broker” gömrük təmsilçiliyi sizin üçün ən doğru seçimdir!
Təcrübəçiyə dair tələblər:
- Yaş həddi: 19-25 yaş
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Rus dilini bilməli;
- İlkin kompüter bilikləri;
- Komandada işləmək bacarığı;
- İntizamlılıq və məsuliyyətlilik;
- Özünü daim inkişaf etdirməli, innovativ düşünmək bacarığı;
- Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
Təcrübəçilərin proqramdan əldə edəcəkləri:
- Satış və marketing strategiyası;
- Satış və marketing planlaması;
- Korporativ müştərilərlə iş üslubu;
- Korporativ satış qaydaları;
- Xidmətlərin və məhsulların satış prosesində real iştirak;
- Potensial müştərilərlə görüş imkanının yaradılması;
- Peşəkar komandanın bir üzvü olmaq;
Üstünlüyümüz:
- Mehriban və peşəkar kollektiv.
- Təcrübəçilərə real iş şəraitinin yaradılması.
- Nəzəri və praktiki biliklərin öyrədilməsi.
- Əməyin qiymətləndirilməsi.
- Karyera imkanı.
Təcrübə müddətinin sonunda:
- Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək.
- Ən yüksək nəticə əldə etmiş namizəd işlə təmin ediləcək.
Müddəti: 2 ay
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini korporativ satış üzrə təcrübəçi başlığı altında office@mybroker.az mail ünvanına göndərə və ya https://forms.gle/7YEWbdY6FRsPxBLr9 müraciət formu vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təcrübə proqramının seçim mərhələsindən uğurla keçən şəxslər şirkətin “Marketing və satış” şöbəsində satış üzrə təcrübə keçəcəklər.
Son müraciət tarixi: 04.04.2023