Şəbəkə Monitorinqi üzrə Təcrübəçi
Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 15.03.2024
Şəbəkə Monitorinqi üzrə Təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Şəbəkə, İT, İntellektual Şəbəkə və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;
- Şəbəkədən maksimal şəkildə istifadəsi və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
- Mühüm məsələlərlə bağlı xəbərdarlıq etmək, onları eskalasiya etmək və yeniləmək;
- Narazılıq haqqında bildirişlərin emalı və həll edilməsinə nəzarət etmək;
- Əsas keyfiyyət göstəricilərinin həyəcan siqnallarına nəzarət etmək;
- Radio/Transmissiya Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
- Əsas Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
- Səs, SMS və Data trafikinin artmasına və azalmasına nəzarət etmək;
- İT və İntellektual Şəbəkə elementlərini monitorinq etmək;
- Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Vəzifənin tələbləri:
- Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
- Azərbaycan, ingilis, rus;
- Microsoft məhsulları;
- Yaxşı ünsiyyət qurmaq və təşkilatçılıq bacarıqları;
- Problemi həll etmək və qərar qəbul etmək bacarıqları;
- Etibarlı olmaq və özünü idarə etməyi bacarmaq.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.