Yeni fəaliyyətə başlayan ekoloji missiyası olan “Velvet” Eco Boutique sosial sahibkarlıq layihəsi üçün bizimlə çalışacaq, aşağıdakı istiqamətlər üzrə aktiv, enerjili, kreativ, təcrübə qazanmaq istəyən gəncləri axtarırıq.
- Koordinator
- Sosial media meneceri
- Kontent menecer
- Qrafik dizayner
“Velvet” Eco Boutique – tekstil tullantılarından (israf olunan, artıq qalan yararlı parçalardan) yeni məhsullar hazırlayaraq və hazırlanmasında sosial həssas qrupdan olan, əlilliyi olan qadınları cəlb etməklə, həm sosial həssas qrupdan olan qadınların işsizlik problemini, həm də tekstil tullantıları problemini azaltmağı və bununla da ətraf mühitə olan təsirini azaldılmasını qarşısına məqsəd qoymuş sosial sahibkarlıq layihəsidir.
Özünü bu sahədə inkişaf etdirmək istəyən yaradıcı gənclər müraciət etmək üçün Subject bölməsində hansı sahə üzrə müraciət etdiyini qeyd edərək, CV-lərini ecoboutique.velvet@gmail.com mail adresine göndərə bilər.