Korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusundasan?
Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda həvəslisən?
Araşdırma qabiliyyətin yüksəkdir və problemlərin həllini asanlıqla tapırsan?
Əziz gənc, o zaman sənə peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı təklif edirik!
İş barədə məlumat:
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
- Görüş və təqdimatların təşkili, iştirak;
- Müştərilər ilə görüşlərdə iştirak;
- Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə dair tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün);
- Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır;
- Rus və İngilis dil bilikləri yaxşı səviyyədə olmalıdır;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.
İlkin əmək haqqı 300 AZN, İşində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur.
CV-ni 31 may 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməklə hr.specialist@alc.az ünvanına göndər və mehriban kollektivimizin üzvü ol!
Əlavə sualınız olarsa +994 55 222 15 09