“A+CO” ASC şirkəti “Təcrübəçi Laborant ” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
- Kimya, Biologiya sahəsində ali təhsil;.
- MS Office (MS Excel) proqram bilikləri;
- Rus dili biliyi əlavə üstünlükdür;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarması
- Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması
- Resept əsasında yeni məhsul hazırlamağı bacarması
- İstehsal olunan məhsulların qida təhlükəsizliyi üzrə laborator-mikrobioloji analizlərinin aparılması
- Məhsulların keyfiyyət dərəcələrinin izlənilməsi
- Cihaz göstəricilərinin qeydə alınması
- Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməsi
- Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata alınması
- Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatının aparılması
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi Laborant”yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.