Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsi tələbə və yeni məzunlar üçün 2 aylıq təcrübə proqramı elan edir:
Aşağıdakı ixtisaslar və sahələr üzrə ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları, öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gəncləri iyul-avqust aylarında təcrübə keçməyə dəvət edirik.
Sahələr:
- İnformasiya texnologiyaları (elektron təhsil xidmətləri),
- Hüquq (hüquqi sənədlərlə iş),
- Statistika (məlumatların təhlili),
- Kargüzarlıq (sənəd nəzarətçisi),
- Sosial Media Marketinqi (sosial Mediada iş).
- Azərbaycan dili (kopirayter).
Müsahibə nəticəsində seçilmiş təcrübəçilər 2 ay müddətində keçiriləcək Təcrübə Proqramı çərçivəsində vətəndaşlara xidmət, vətəndaş müraciətlərinin cavablandırılması, müraciətlərin təhlili, analitikası, elektron xidmətlərin təşkili, çağrı mərkəzi, sosial media səhifələrinin idarə edilməsi istiqamətində fəaliyyət göstərməklə təhsil sahəsində təcrübə qazanmaq və yeni iş imkanları əldə edəcəklər.
Təcrübə proqramına cəlb olunan gənclər arasında fərqlənən, uğurlu olan namizədlər bu sahədə işlə təmin olunmaq imkanları əldə edəcəklər.
Təcrübə Proqramına qoşulmaq istəyən namizədlərdən öz CV-lərini 26 iyun 2022-ci il tarixinədək “Təcrübə proqramı və seçdiyiniz sahə (xxxx)” başlığı (subject) ilə Cv@edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.