İnsan Kapitalının idarə olunması departamenti – Təşkilati İnkişaf şöbəsi
Son 3 ildə AzInTelecom MMC-də 150-dən çox ödənişli təcrübəçinin fərqli departamentlərə cəlb edilməsi və onların 50-dən çoxunun hazırda fərqli vəzifələrdə çalışması, onların araşdırma, öyrənmə, tətbiqetmə, yeniliklərə açıq olma baxımından ciddi və yaxşı mənada fərqli olduqlarını bizə göstərmiş oldu.
Hazırda əmək bazarında İnsan resursları istiqamətində əmək münasibətləri və əməliyyat işləri ilə məşğul olanların sayı kifayət qədər çox, performans idarəetmə, təlim inkişaf istiqamətli resurslar çox az və olanların da əksəriyyəti nəzəri olaraq bilikli amma real mühit tətbiqində problemli…. bu istiqamətdə işinin peşəkarları da var
Qeyd edilənləri nəzərə alaraq axtarırıq:
- Performans idarəetmə istiqamətinə həvəsli olanlar
- Araşdırma bacarığı olanlar
- Hədəflərin kaskadlanmasını öyrənməyə marağı olanlar
- Hədəfləri təyin edərkən “Balanced Scorecard” prinsiplərini tətbiq etməyin necə olduğunu görməyə istəkli olanlar
- Performans idarəetmə işlərinin (kpi və onların dəyərləndirilməsi) online platformada tətbiq etməyə həvəsi olanlar
- Fərqli departamentlərin biznes proseslərini araşdıraraq hədəf seçimində onlara yardımçı olmağa həvəsi olanlar
- Hədəflərə aylıq baxışların necə aparılmasını və illik dəyərləndirmənin necə sonlanmasını görmək istəyənlər
- Periodik daxili sorğuların necə hazırlanmasını, 360 dərəcə dəyərləndirmə platformasının necə işləməsini görmək istəyənlər
- Hazırda İnsan Resurslarının fərqli istiqamətində çalışan, lakin təşkilati inkişaf istiqaməti üçün həvəsli olanlar
Performans idarəetmə işlərinin qeyd edilən prinsiplərlə və rəqəmsal alətlərlə həyata keçirilməsi baxımından AzInTelecom-da bir neçə ildir davam edən və daim inkişaf etdirilən təcrübələmizi nəzərə alaraq, bu istiqamətə müəyyən bilik, lakin yüksək həvəsi olanları dəvət edirik. Həvəsli olmaq işin yarısıdır.
Maraqlananlar cv-lərini career@azintelecom.az mail ünvanına – təcrübəsi olmayanlar mövzu yerinə “Təşkilati inkişaf-təcrübəçi”, təcrübəsi olanlar isə “Təşkilati inkişaf – ….(vəzifə adı)” qeyd edə bilərsiniz.