Tələblər:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Real korporativ mühitdə çalışmaq imkanı;
- Əmək vərdişlərinin aşılanması;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Seçilmiş könüllüləri növbəti layihəyə cəlb olunma imkanı;
Könüllülərin fəaliyyət göstərəcəyi istiqamətlər:
- Hüquq;
- Analitik təhlil ;
- Xarici kvalifikasiyaların tanınması;
- Peşə təhsili üzrə kvalifikasiyaların tanınması;
Bizim üçün uyğun könüllü:
- Yuxarıda göstərilən istiqamətlər üzrə təhsil alanlar, gələcək karyerasında özünü bu sahə üzrə görənlər və ya yeni məzun olanlar;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Komanda şəklində işləmə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi (sentyabrın 15-nə dək tam 15-indən sonra natamam iş vaxtı ilə);
- Könüllü proqramı layihəsi 1 ay nəzərdə tutulmuşdur;
- Proqramı uğurla başa vurmuş namizədlərə sertifikat təqdim olunacaqdır;
Müraciət qaydası:
- Könüllü proqramı layihəsinə son müraciət tarixi: 25.08.2022-ci il;
- CV-lər hr@tkta.edu.az ünvanına göndərilməlidir[1];
- “Mövzü” bölməsində uyğun sahə və “Könüllü Proqramı” qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.