Yenilikçi və dinamik komandamıza qoşulmaq üçün kreativ və həvəsli UX/UI Dizayn üzrə Təcrübəçi axtarırıq. Əgər siz də texnologiya və dizaynın kəsişməsində çalışmaq istəyirsinizsə, bu ödənişli təcrübə proqramı sizin üçün əla fürsətdir!
Əsas Vəzifələr:
- İstifadəçi tədqiqatları aparmaq və testlərini etmək.
- İstifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə interfeys dizaynları hazırlamaq.
- İnnovativ və istifadəçi-mərkəzli dizayn həlləri təklif etmək.
- Komanda ilə sıx işbirliyi içində işləmək.
Tələblər:
- UX/UI dizaynı sahəsində təhsil (kurs, seminar və s.) almış olmaq.
- Adobe XD, Sketch və ya Figma kimi dizayn alətləri ilə iş təcrübəsi.
- Yaxşı təhlil və kommunikasiya bacarıqları.
- Yenilikçi düşüncə tərzi və problem həll etmə bacarığı.
Müraciət Prosesi:
Maraqlanan namizədlər başlıq hissədə “UX/UI Design Intern” yazaraq öz CV və portfolio linklərini info@innosight.az ünvanına göndərə bilərlər.