SM Consulting MMC-də “Vergi məsələləri üzrə təcrübəçi” vakansiyası aktivdir.
“SM Consulting” MMC 2014-cü ildən fəaliyyət göstərir. Hüquqi və fiziki şəxslərə vergi, mühasibatlıq, kadrlar işinin təşkili, audit və s. xidmətlər təklif edir, həmçinin vergi və əmək qanunvericiliyi üzrə təlimlər təşkil edir. Şirkətin işəqəbul prosesində diqqət etdiyi əsas məsələlərdən biri də karyerasını bu sahədə qurmaq istəyən, təcrübəsiz kadrların iş prosesinə cəlb edilməsi, inkişafına dəstək göstərilməsi və gələcəkdə əmək bazarına ixtisaslı kadrların qazandırılmasıdır.
Müraciət edəcək namizədlərdən gözləntilərimiz:
- Yaş həddi 22 – 26 aralığı;
- İqtisadi yönümlü ali təhsil;
- Excel və Word proqramlarında işləmə bacarığı;
- AR Vergi Məcəlləsindən nəzəri biliklər arzuolunandır;
- Komanda ilə çalışa bilmə, ünsiyyət qurma bacarığı.
Vəzifə öhdəlikləri:
- E-Qaimə Fakturaların tərtib edilməsi, göndərilməsi və nəzarətdə saxlanılması;
- Ölkə daxili və xarici ödənişlərin icra edilməsi;
- Gündəlik əməliyyatların 1C 8.3 proqram təminatında işlənilməsi.
İş qrafiki: 6 günlükdür.
Bəy namizədlərə üstünlük veriləcək.
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küç, Aynalı Plaza 2-ci mərtəbə.
Uyğun namizədlər CV-lərini “Vergi məsələləri üzrə təcrübəçi” başlığı qeyd etməklə aynur.ashirova@smconsulting.az ünvanına göndərə bilərlər.