Karyerasını FMCG sektorunda qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı!
“Veysəloğlu” MMC FMCG Təcrübə Proqramını elan edir.
Bizim ailəmizə qoşularaq nələr qazanacaqsınız?
- İşləyərək öyrənmək;
- Satış və Marketinq sahələrində real iş mühiti ilə tanışlıq;
- Gələcəkdə karyerasını şirkətdə davam etdirmək;
- Ödənişli təcrübə proqramından faydalanmaq.
Tələblər
- Ali təhsil (Maliyyə və marketinq sahəsində bakalavr və ya magistr dərəcəsi);
- Dil bilikləri: ingilis dillini yaxşı və rus dilini orta səviyyədə bilməli;
- Səlis ünsiyyət bacarıqları (şifahi və yazılı);
- Analitik düşüncə;
- Öyrənmək və inkişaf etmək həvəsinin yüksək olması;
- “Microsoft office” proqramları ilə işləmə bacarığı.
Təcrübə proqramı ödənişlidir: Yol və yemək xərcləri də şirkət tərəfindən təmin olunur.
Son müraciət tarixi: 28.02.2023-cü il.
Təcrübə proqramı ilə maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Təcrübə Proqramı” qeyd etməklə recruitment@veyseloglu.az elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar. Proqramı uğurla tamamlayan təcrübəçilər karyeralarını “Veysəloğlu” MMC-də davam etdirmək imkanı əldə edəcəklər.