Vəzifə: Xəzinədar və İnzibati işlər üzrə təcrübəçi
İş yeri: Jumanji yeniyətmə və uşaq salonu (Jumanji kids & teens cut)
Hesabat verir: Direktor
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
- Müştərilərə xəzinə xidməti göstərilməsi.
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
- Zənglərin qəbulu, qeydiyyatı, yönləndirilməsi
- Ofis daxili inzibati və təşkilati işlərin aparılması
- Salon üçün lazım olan ləvazimatların sifariş edilməsi (Stasionar və texniki)
- E-mail və digər yazışmaların həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır)
- Azərbaycan dili yaxşı səviyyədə, Rus və İngilis dili biliyi arzu olunandır;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Nağd pulla intensiv işləmə bacarığı
- MS Office (Word, Excell-yaxşı səviyyədə, Power Point) proqramlarında işləməyi bilməli;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Ünsiyyət qurma bacarığı.
Maraqlanan şəxslər cvlərini recruitment@unico.az və ya dm üzərindən yaza bilərlər.