Gözlənilən məqam çatdı: Yelo Summer Challenge 2023 proqramını açıq elan edirik!
Yayı səmərəli dəyərləndirmək, Bankımızda təcrübə keçmək, peşəkar mühitdə özünü inkişaf etdirmək və Yelo komandasının bir üzvü olmaq istəyən tələbələrə əla imkan yaradırıq!
Tələblərimiz bunlardır:
- Ünsiyyət qurma bacarıqları;
- Pozitiv və kreativ düşüncə;
- Vaxtını düzgün idarə etmək;
- Analitik və tənqidi düşüncə;
- Komandada işləmək bacarığı.
Müraciət etmək istəyən tələbələr 20 iyun, 2023-cü il tarixinədək aşağıdakı linkdə qeydiyyatdan keçməli və Yelo loqosu daşıyan hər hansısa bir əşya, fon və s. ilə fotoşəkil çəkib, jobs@yelo.az ünvanına “Summer Challenge 2023” mövzusu ilə göndərməlidirlər. Qeyd edək ki, yalnız həm şəkil, həm də qeydiyyatdan keçmiş namizədlər nəzərdən keçiriləcəkdir. Hər kəsə uğurlar!
Qeydiyyat linki: