Təcrübə proqramı
Bank “BTB” ASC yeni məzun olmuş tələbələrə, həmçinin karyerasını bank sahəsində qurmaq istəyənlərə təcrübə proqramı elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Sahə: Müştəri xidmətləri
Tələblər:
- Ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və s.
- Word və Excel proqramlarından istifadə bacarığı
- İşə həvəsli, motivasiyalı
- Səlis nitqə malik, fikrini aydın ifadə edə bilən
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
- 21-29 yaş aralığı
Təcrübə müddəti 2 ay. Təcrübənin sonunda test imtahanından uğurla keçən namizədlərə iş təklifi ediləcəkdir.
Maraqlanan namizədlər mövzu yerində “Müştəri xidmətləri üzrə təcrübəçi” yazmaqla öz CV-lərini f.karimli@btb.az ünvanına göndərə bilərlər.