Yüksək xidmət haqqı ilə 3 aylıq İdarəçilik üzrə təcrübə proqramı
İdarəçilik sahəsində təcrübə qazanmaq istəyən şəxslərin nəzərinə! ADM 3 aylıq təcrübə proqramı elan edir!
Ümumi məlumat:
Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzində peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar:
Təcrübə proqramının müddəti: 3 ay
Başlama tarixi: 15 Oktyabr 2022
15 Yanvar 2022
Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);
Tələblər:
- İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;
- 18-30 yaş aralığı;
- Səlis Azərbaycan dili;
- Xarici dil bilikləri: İngilis dili (min. B2), Türk və Rus dili (arzuolunandır);
- Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;
- Həvəsli, bacarıqlı və tələbkar;
- Komandada işləmək bacarığı;
- MS Office baza bilikləri;
Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı bilik və təcrübəsindən asılı olaraq ümumilikdə 600-800 AZN təşkil edir.
Son müraciət tarixi: 22 Oktyabr
Müraciət üçün: Mövzu hissəsində “ADM Təcrübə proqramı” yazaraq hrdiplomacyschool@gmail.com e-mail ünvanına göndərməyiniz tələb olunur.
Əlaqə nömrəsi : +994 50 800 11 13
Ünvan : Bakı şəh., Səbail ray., Zərifə Əliyeva küçəsi 55, Yeni Həyat Plaza