Özünü inkişaf etdirmək və ya kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün “Kibertəhlükəsizlik Akademiya Koordinatoru” vəzifəsinə təcrübəçi komanda yoldaşı axtarırıq. Tədris müddətində administrativ proseslərdə dəstək olacaq, onların ümumi müraciətləri ilə məşğul olacaq və tələbələrlə Akademiya arası əlaqələri koordinasiya edəcək və əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək təcrübəçi axtarırıq.
Öhdəliklər:
- Təlim proqramlarının hazırlanması və təkmilləşdirilməsi
- Nəzarət və davamiyyətin yoxlanılması
- Təlimçilərin dərs prosesinə nəzarət
- Tələbələrlə hazırlıq öncəsi görüşlər təşkil etmək
- Təlim cədvəllərinin təlimçilərə və tələbələrə göndərilməsi
- Təlim cədvəllərinin hazırlanması və cədvələ uyğun dərslərin təşkili
- Dərsin keyfiyyətinə nəzarət
- Sertifikatlaşma və imtahanların hazırlanmasına nəzarət
Mərkəz haqqında:
Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş olan və daxilində 4 əsas 2 köməkçi strukturu birləşdirən qlobal akkreditasiyalı kibertəhlükəsizlik platformasıdır.
Namizəddə tələblər:
- lV kurs tələbələri və məzunlara üstünlük verilir
- Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
- İşə qəbul müsahibə əsasında aparılacaq.
İş şəraiti:
- Ünvan: Kiber Təhlükəsizlik Platforması Sumqayıt
- Həftəlik iş qrafiki: 1-3 3-7 gün (Hibrit)
- İş saatları: 11-00, 16.00
- Əmək haqqı: Razılaşma yolu ilə
Müraciət üçün :
Özünüzü bizim komandamızda görmək istəyirsinizsə, CV-nizi info@kiberplatforma.az ünvanına “Akademiyanın Kordinatoru Təcrübəçi” başlığı altında göndərə bilərsiniz. Əlavə məlumat üçün Kiber Təhlükəsizlik Platformasının əlaqə saxlaya bilərsiniz.