Təcrübəçi
Struktur vahidinin adı
İctimaiyyətlə əlaqələr və protokol departamenti
Struktur bölmənin adı
İş rejimi: Gündəlik
Vakansiyaya müraciət üçün son tarix: 21-02-2023
İş yerinin ünvanı: Bakı
Şərtlər
Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İctimaiyyətlə əlaqələr və protokol departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.
ƏSAS TƏLƏBLƏR
Ali təhsil
Təhsil ixtisası: Jurnalistika, İnzibati idarəetmə, Biznesin təşkili və idarə olunması, Beynəlxalq münasibətlər və digər müvafiq ixtisaslar üzrə yeni məzun olmuş
və ya sonuncu kurs tələbələri;
Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır);
Ofis proqramlarının sərbəst istifadəsi.
DAVRANIŞ BACARIQLARI
- Məsuliyyət
- Effektiv ünsiyyət
- Təşəbbüskarlıq
- Detallara diqqət
- Nəticə yönümlülük
Öhdəliklər
Təcrübə proqramı həm Ələt qəsəbəsində yerləşən Limanın inzibati binasında, həm də Bakı şəhərində yerləşən inzibati binada həyata keçiriləcək. Proqram müddətində təcrübəçi aşağıdakı istiqamətlərdə fəaliyyətlərə cəlb olunacaq:
– Tədbirlər zamanı lazımi təşkilati işlərin görülməsində iştirak və protokol qaydalarına riayət edilməsini təmin etmək;
– Sosial media və media qurumları ilə işlərin təşkilinə dəstək olmaq;
– Sosial media üçün foto və videoların çəkilməsi və paylaşılmasında iştirak;
– Verilən məlumatlara əsasən Bakı Limanının fəaliyyəti haqqında müxtəlif formatda PR (reklam, xəbərlər, məqalə və s.) mətnlərin ilkin versiyasının hazırlanması və mətnlərin yığılması prosesində iştirak.