Texnologiyalar sahəsində aparıcı şirkətlərdən olan Samsung Electronics Caucasus Company LLC Azərbaycan və Gürcüstan üçün “Fresh Graduate Recruitment Program – 2023” layihəsini açıq elan edir!
Proqramın məqsədi: Azərbaycan və Gürcüstanın aparıcı Ali Təhsil Müəssisələrindən Bakalavr pilləsinin sonuncu kursunda və ya Magistr təhsili alan istedadlı və seçilmiş gəncləri işlə təmin etmək.
Mövcud iş imkanları: Marketinq, Təchizat və Məhsulun idarə edilməsi sahələrində.
Biz sizə təklif edirik:
- Bazarda aparıcı şirkətlərin birində əvəzolunmaz iş təcrübəsi qazanmaq imkanı;
- Liderlik bacarıqlarınızı və peşəkar biliklərinizi tətbiq edə bilmə imkanı;
- Rəqabətli əmək haqqı və tam təmin olunmuş iş şəraiti
Proqram haqqında:
- Son müraciət tarixi – 20 May, 2023
- İlkin imtahan – 25 May, 2023
- Case-study / Qrup müsahibə – İyun, 2023
- İlkin mərhələləri uğurla keçən namizədlərlə yekun müsahibə – İyun – İyul 2023
- İşə qəbul – 1 Avqust, 2023
Namizədlərə dair tələblər:
- Ali təhsil (Bakalavr/Magistr 2023/2022);
- İxtisas: Marketinq, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, habelə Riyazi, Fizika və texniki ixtisaslar;
- Marketinq, Təchizat və Satınalma və Məhsulların idarə edilməsi sahəsində işləməyə maraq;
- İngilis dili biliyi – B2 səviyyəsi
- GPA: 3.5-4
Müraciət üçün CV-nizi (İngilis dilində), mövzu hissəsində “Fresh Graduate Recruitment Program” qeyd etməklə secc.hr@samsung.com elektorn ünvanına göndərməyiniz xahiş olunur.