Vəzifə: Layihələrin İdarə Edilməsi üzrə Təcrübə Proqramı (Maaşlı)
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivlə çalışmaq
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Karyera inkişafı üçün mükəmməl şərait
- Ödənişli təcrübə dövrü və AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsi
- Layihənin gedişatına nəzarət
- B2B müştəri müraciətlərinin cavablandırılması
- İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi
- Layihə sənədlərinin müvafiq tələblərə uyğun olmasını və layihənin gedişatına müsbət təsirinin təmin edilməsi
- Layihə Meneceri tərəfindən verilən tapşırıqların və vəzifə öhdəliklərinin deadline-lara uyğun olaraq yerinə yetirilməsi
Namizədə tələblər:
- Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə üzrə Ali təhsil
- Şəxsi və peşəkar inkişafa yönümlü
- Analitik və kreativ düşüncə tərzi
- Strateji düşünmə qabiliyyəti və təşəbbüskarlıq
- Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığı
- Nəticəyönümlülük və punktuallılıq
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
- Dil Bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst)
- Kompüter Bilikləri: Microsoft Office (Excel)
- Yaş həddi: 30 yaşa qədər
Qeyd: İşə qəbul edilmiş namizəd Təcrübə dövrü və sonrakı sınaq müddəti bitdikdən sonra Layihələrin İdarə Olunması üzrə Mütəxəssis vəzifəsində işinə davam edəcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini careers@instyle.az e-mail ünvanına göndərə bilərlər