“JOEL MMC” Müştərilərlə əlaqələr üzrə təcrübəçi (#customerrelationshipintern) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
- Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
- Təcrübə yaxud sertifikat: Tələb olunmur
Vəzifə öhdəlikləri:
- Müştərilərlə ünsiyyətin qurulması – xidmət prosesi tələbi çərçivəsində telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə mütəmadi əlaqənin saxlanması, Müştərilərdən daxil olan zənglərin cavablandırılması və yaranan çətinliklərlə bağlı dəstəyin təmin olunması;
- Profilin idarə edilməsi – müvafiq məlumatları daxil etməklə və ya yaranan problemləri həll etməklə Müştəri hesabının idarə edilməsi;
- Aktivliyin qeyd edilməsi – Müştəri sorğularının qeyd edilməsi və iş tamamlanana qədər dəstək xidmətinin monitorinqinin həyata keçirilməsi, Müştərinin qaldırdığı məsələlərlə bağlı tam dəstək xidmətinin təmin edilməsi;
- Rəylərin idarə edilməsi – Müştəri məhsulları ilə bağlı rəylərin idarə edilməsi və CRM sisteminə daxil edilməsi;
- Tarixçənin nəzərdən keçirilməsi – Müştərilərlə əlaqə tarixçəsinin nəzərdən keçirilməsi və fəaliyyət tarixçəsinin izlənilməsi;
- Məlumatların təhlil edilməsi – Şirkətin təqdim etdiyi platformada Müştəri hesablarının axınının təhlil edilməsi və abunəlikdəki dəyişikliklərin izlənilməsi, digər şöbələrlə mütəmadi koordinasiyanın təmin edilməsi.
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 – 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.