Biznes Kreditlərin Anderraytinqi departamentində “Bizdən Biri” təcrübə proqramı
Ümumi məlumat
Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı Bizdən Biri Təcrübə proqramına start verdi!
Öhdəliklər
- Müraciətlər əsasında Kiçik və orta sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirmək;
- reditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat/Maliyyə/Mühasibatlıq/Menecment və s. ixtisaslar üzrə arzu olunandır);
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Maliyyə hesabatları üzrə ümumi biliklər;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Son müraciət tarixi: 31 İyul 2023