Gələcəyə inanan tələbə, tələbə, tələbə…
Tələbələrin parlaq gələcəyi üçün “Birbank” tələbə təqaüd proqramına start veririk. Seçilən tələbələr aylıq təqaüd almaqla yanaşı, bankımızda təcrübə keçmək və təlimlərə qatılmaq şansı əldə edəcəklər. Odur ki siz də
- 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kursa keçmisinizsə;
- iqtisadiyyat, biznes, İT, riyaziyyat, kompüter elmləri, eləcə də sosial və humanitar sahələrdən hər hansı biri üzrə təhsil alırsınızsa;
- universitetə 550 və daha yüksək balla daxil olmusunuzsa;
- təhsilinizi ortalama 81 və daha yüksək balla davam etdirirsinizsə,
vaxt itirmədən proqram üçün qeydiyyatdan keçin
Qeyd edək ki, seçim prosesi onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaq. Qoşulmaq istəyən bütün tələbələrə uğurlar!