GL ASC-dən Bakı, Masallı, Lənkəran və Astara bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Elanın təsviri:
Son tarix: 27.08.2023
Şirkət: GL ASC
Ərazi: Astara, Bakı, Lənkəran, Masallı
Maaş: Müsahibə əsasında
Yaş: 18 — 30 yaş
Təhsil: Natamam ali təhsil (bakalavr)
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
- Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
- Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Maraqlanan şəxslər vakansiya@glasc.az ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.