“AL Market”dən yeni vakansiya: İnsan Resursları üzrə təcrübəçi
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- Müvafiq sahə üzrə nəzəri biliklər;
- MS Ofiice proqramlarından istifadə etməyi bacarmalı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı.
İş haqqında məlumat:
- İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi;
- Məzuniyyət ərizələrinin qəbul edilməsi;
- Xəstəlik Vərəqələrinin qəbul edilməsi, izlənilməsi;
- Ezamiyyət vərəqələrinin qəbul edilməsi, izlənilməsi;
- Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
İş Şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00.
- Təcrübə müddəti ödənişlidir.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servis Qaradağ ərazisinə mövcüddur.
İş Yeri: Sumqayıt,Qaradağ
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə təcrübəçi (Al Market)” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.