“PAŞA Sığorta” ASC namizədləri Risklərin idarəolunması departamentində Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vəzifəsinə müraciət etməyə dəvət edir.
Vəzifə və öhdəliklər:
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq üçün dəstək göstərmək;
- Risklərin monitorinqi və araşdırılması prosesində aylıq hesabatların hazırlanmasında dəstək olmaq;
- Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi üçün dəstək olmaq;
- Araşdırma prosesində risklərin qiymətləndirilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatların təhlil edilməsində dəstək olmaq;
Tələblər:
- İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
- Peşəkar səviyyədə Rus və İngilis dilləri arzu olunandır;
- Yaxşı səviyyədə Microsoft Office proqramları;
Bacarıqlar
- Şifahi və yazılı ünsiyyət;
- Məntiqi və analitik düşüncə;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
- Təqdimat bacarıqları;
- Komanda daxilində işləmək bacarığı;
- Təşəbbüskarlıq;
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.