Hal-hazırda PashaPay şirkətində “Telesatış üzrə təcrübəçi” vakansiyası aktivdir.
Təcrübə müddəti ödənişlidir və əlavə olaraq satışlardan bonus qazanmaq imkanı mövcuddur.
Tələblər:
- Ali təhsil;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Vəzifə öhdəlikləri:
- Bazadakı müştərilərə zənglər etmək;
- Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
- Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
Komunikasiya bacarıqlarınız yüksəkdirsə və rəy bölməsində qeyd olunan tələblərə uyğun gəlirsinizsə öz CV-ni hr@pashapay.az ünvanına göndərə bilərsiniz.
P.S. mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.