Ölkənin aparıcı şirkətlərindən biri olan “Div Academy” TƏQAÜDLÜ təcrübə proqramına qəbula start verdi !
Gözləntilərimiz:
- Marketinqə həddən artıq həvəsli (bu, bizim üçün ən vacibidir)
- Aktiv və gülərüz danışıq tərzi
- 6 ay boyunca Proqramda full-time iştirak imkanı
- Universiteti bitirmiş gənclər
Təcrübə proqramında nələr öyrədiləcək:
- Biznesin inkişafı üçün yeni marketinq ideyalarının aşkarlanması
- Digital məhsullar üzrə bazar araşdırmasının aparılması
- Korporativ sosial layihələrin marketinqdə və marka siyasətində önəmi
- Marketinq kampaniyalarının, aksiyaların keçirilməsində iştirak etmək
- Müştərilərlə şirkət arasında düzgün ünsiyyətin qurulması
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
İş şəraiti və şərtlər:
- Koroğlu m. yaxınlığında biznes plazada əla şəraitli ofis
- Korporativ nömrə, telefon, macbookla təmin olunma
- Qrafik: həftədə 6 gün, 10:00 – 18:00
- Kreativ və gənc komanda
- Proqramı yüksək nəticə ilə bitirdikdə staff olaraq işə qəbul şansı
- Proqram müddəti: 6 ay
- Aylıq 300 AZN təqaüd
Müraciət:
- Fotoşəkilli CV faylını “Marketing Intern” mövzusu ilə “talent@divacademy.az” ünvanına göndərin.
- Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.