Mühasibatlıq təcrübə proqramı
NOVCO Şirkətlər Qrupu yeni məzunlara, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlara Mühasibatlıq şöbəsində ödənişli təcrübə proqramı elan edir.
Siz də komandamızın bir üzvü olun.
Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil
- Riyazi biliklərinin və analitik təhlil bacarığının yüksək olması
- Excel üzrə fundamental biliklər və sərbəst işləmə bacarığına malik olması
- Aktiv və sürətli öyrənmə bacarığı, işgüzar və hədəfyönümlü olması
- Komanda ilə işləmə bacarığı, çeviklik
Maraqlanan namizədlər cv@novco.com email ünvanına mövzuda “Mühasibatlıq təcrübə proqramı” yazaraq CV göndərməklə müraciət edə bilərlər.