“Araz” Supermarket MMC “Müştəri Əlaqələrinin İdarə olunması üzrə təcrübə” proqramı elan edir!
Tələblər:
- Ali və yaxud orta-ixtisas təhsili;
- MS Office bilikləri;
- Dil bilikləri: Rus dili arzu olunandır;
- Səlis nitq qabiliyyəti, yüksək kommunikasiya və müştəri yönümlülük:
Vəzifə öhdəlikləri:
- Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
- Əvvəlcədən müəyyənləşdirilmiş mağazalarda müştərilər ilə üzbəüz əlaqə qurulması, onlara Mobil Tətbiq ilə bağlı məlumat verilməsi və Mobil Tətbiqin quraşdırılmasına yardım etmək;
- Müştərilərin Mobil Tətbiq ilə bağlı suallarını cavablandırmaq;
- Müştərilərə qarşı gülərüz və mehriban davranmaq;
- Gün sonu hesabatlarını təqdim etmək:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@retail.az elektron ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələrinin İdarə olunması üzrə təcrübəçi ” yazaraq göndərə bilərlər.
Qeyd edək ki, təşkil olunan təcrübə proqramı rəsmi və ödənişli əsaslarda olacaqdır.