Frontend üzrə təcrübəçi
Şirkət: Azerconnect
Funksiya: Rəqəmsallaşma və Müştəri Təcrübəsi
İş qrafiki: Standart
Son müraciət tarixi: 17.02.2024
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- HTML, CSS, JavaScript və Reactjs istifadə edərək internet tətbiqlərinin hazırlanmasında köməklik göstərmək
- Yeni xüsusiyyətləri tətbiq etmək üçün digər tərtibatçılar, dizaynerlər və maraqlı tərəflərlə əməkdaşlıq etmək
- Mövcud tətbiqlərlə bağlı problemlərin aradan qaldırmaq
- Kod məlumatlarını və versiyaya nəzarət sistemlərini qoruyub saxlamaq
- İstifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadəçi araşdırması və sınaqlarını həyata keçirmək
- Kodların nəzərdən keçirilməsində iştirak etmək və komanda müzakirələrinə töhfə vermək
Vəzifənin tələbləri:
- Ali təhsil
- Mükəmməl səviyyədə Azərbaycan, İngilis dili biliyi
- HTML, CSS, Javascript and React üzrə biliklər
- Ünsiyyət bacarıqları
- Öyrənmə yönümlü
- Vaxtın idarə edilməsi bacarıqları
- Əməkdaşlıq bacarıqları
- Detallara diqqət
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır