Vakansiya haqqında
Şirkət: Azerconnect
İdarə: Rəqəmsallaşma və Müştəri Təcrübəsi İdarəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.
Son müraciət tarixi: 20.02.2024
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Rəqəmsal Backend Stack çərçivəsində Rəqəmsal strategiyanı təhlil edir, müəyyənləşdirir və həyata keçirir;
- Çeviklik (agility) və rəqəmsallaşdırma nəzərə alınmaqla müxtəlif funksional sahələr üçün yeni funksiyalar və ya optimizasiya təşəbbüslərini araşdırır, inkişaf etdirir və təklif edir;
- Daxili və xarici məqsədlər üçün müxtəlif texnologiyalardan və memarlıq şablonlarından istifadə edərək xidmətləri layihələndirir və inkişaf etdirir;
- Məhsul qruplarında, eləcə də daxili maraqlı tərəflərlə yeni məhsullar, məhsullarda funksiyalar yaratmaq, eləcə də problemlərin əsas səbəblərini müəyyən etmək, təhlili anlayışa və həllərə çevirmək istiqamətində işləyir;
- Test Əsaslı İnkişaf yanaşmasına sahib olmaqla, İnkişaf Dövrü daxilində UNIT, İnteqrasiya və Reqressiya testlərinə sahib olmaqla Digital Backend Stack-in keyfiyyətini qoruyur;
- Rəqəmsal Backend Stack üçün sənəd standartlarının hazırlanmasına fokuslanır və Agile Sprints və ya Waterfall Milestones çərçivəsində sənədləri dərhal təmin edir;
- Çevik düşüncə tərzinə, dizayn düşüncəsinə və ümumilikdə “hazır” atmosferə təkan vermək və onları həyata keçirmək.
Vəzifənin tələbləri:
- Ali təhsil;
- Müəyyən sahələrdə peşəkarlıq: Konsaltinq, İdarəetmə Konsaltinqi, Proseslərin Optimizasiyası, Məhsulların İdarə Edilməsi, Rəqəmsal Texnologiyalar;
- Mükəmməl səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
- Araşdırma və təhlil etmə bacarığı;
- Komanda işi və əməkdaşlıq;
- Güclü ünsiyyət bacarığı;
- Nəticəyə yönəlmə bacarığı;
- İnnovativ düşünmə.
Xüsusi tələblər:
- RESTful və SOAP API ilə iş təcrübəsi;
- Proqram təminatı (SW) şablonları və Korporativ Arxitektura şablonları üzrə biliklər;
- Java 8+ (Multithreading və JVM Memory Management daxil olmaqla), JPA, MyBatis, Spring Boot, SQL (CBO daxil olmaqla) üzrə təsdiq edilə bilən təcrübə.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.