Vakansiya haqqında
Şirkət: Azerconnect
Funksiya: Dövlət orqanları ilə əlaqələr və Hüquq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 12.04.2024
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Sorğulanmış məlumatların əldə edilməsi, onların işlənməsi və hazırlanması. (İMEİ, MSİSDN və s.);
- İcra edilmiş sorğulara rəsmi cavab məktublarının hazırlanması, imzalanması və bir nüsxəsinin çıxarılması;
- Şirkət daxilində digər şöbələrlə lazımı əlaqələrin yaradılması və məlumatların əldə edilməsi (İnzibati və s.);
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi;
- Sənədlərin konfidensiallığına və məxfiliyinə təminat;
- Hüquqi sənədlərin və qeydlərin təşkili və saxlanmasında köməklik etmək, səmərəli axtarış və arayışları asanlaşdırmaq üçün müvafiq sənədləşdirmə və arxivləşdirmə prosedurlarına əməl olunmasını təmin etmək.
Vəzifənin tələbləri:
- Ali təhsil;
- Ofis işində 1-2 il
- Azərbaycan dili- mükəmməl, İngilis dili və rus dili (orta);
- MS Office (Ms. Excel) proqramlarını mükəmməl bilmək;
- Analiz etmə bacarığı;
- Rəsmi məktubları yazmaq bacarığı;
- Konfidensial və məxfi məlumatlarla işləmə bacarığı;
- Printer, skaner və digər ofis cihazlarında işləmə bacarığı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır