AZMADE GROUP-dan universitetdən yeni məzun olan gənc mühəndislərə əla fürsət!
AZMADE GROUP ilə “Mühəndislikdə İlk Addım” (MİA) ödənişli təcrübə proqramına qoşularaq 6 aylıq müddətdə birdən çox zavodlarda təcrübə keç və ailəmizin bir parçası olma şansını əldə et!
Sizə nə təklif edirik?
- Peşəkar təlim – Bizim mühəndislər tərəfindən sizə ən son mühəndislik bacarıqları öyrədilir.
- Mentorluq – Proqram boyunca sizə peşəkar mentorlarla çalışma şansı verilir.
- Layihə əsaslı öyrənmə – Real iş mühitində, real layihələrlə çalışaraq praktiki öyrənmə üçün imkan yaradılır.
- İş imkanı – Proqram müddətinin sonunda uğurlu namizədləri işlə təmin edirik.
NAMIZƏDƏ TƏLƏBLƏRIMIZ:
- Yerli və Xarici Universitetlərin minimum bakalavr dərəcəsini tamamlamış.
- Dərs saatları 09:00-18:00, 1-5 -ci günlərə təsadüf etməyən. (Magistratura dərəcəsi)
- Universitetə yüksək balla qəbul olmuş (Yerli universitetlər üçün) ya yüksək GPA
- Sənaye mühəndisliyi, Materialşünaslıq, Metallurgiya, Mexanika, Neft mexanika, Kimya mühəndisliyi məzunları
PROQRAM DÖVRÜ HAQQINDA:
- 6 aylıq əmək müqaviləsi
- Uğurlu təcrübəçilərin işə qəbul imkanı
- Əmək haqqı
- Nahar, servis xidməti
- Proqram boyunca sizinlə öz təcrübələrini bölüşəcək mentorlarla çalışmaq imkanı
- Özünüzü daim inkişaf etdirmək üçün nəzərdə tutulan təlimlər
İş yeri: Sumqayıt şəhəri (Azertexnolayn MMC)
Tələblərə uyğun namizədlər linkdəki formu dolduraraq müraciət edə bilərlər.
Qeyd: Sadəcə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.