“Grand Motors Company” şirkəti Mühasibatlıq komandasında təcrübə proqramı elan edir. Təcrübə proqramı ödənişlidir. Bu müddət ərzində təcrübəçimiz 300 AZN əmək haqqı alacaq. Təcrübə proqramı müddətində özünü doğruldan yoldaşı komandamıza daimi üzv olaraq cəlb edəcəyik!
Namizəddən əsas gözləntilərimiz:
Öyrənməyə həvəsli olması və MS Excel üzrə biliklərə sahib olmasıdır. Mühasibatlıq üzrə təhsil almış, yaxud mühasibatlıq üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.
Maraqlı olan bütün yoldaşlardan CV-lərini mövzu hissəsinə “Təcrübəçi (Mühasibatlıq Şöbəsi)” yazaraq hr-cv@grandmotors.az elektron ünvanına göndərmələri xahiş olunur.