AzTU-da SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində müəllimlərin işə qəbulu aparılır Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır:
Payız semestri:
- Xarici dil – I (məşğələ – 45 saat)
- “Python”da proqramlaşdırma (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Əməliyyatların tədqiqi (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Təchizat zəncirlərinin idarə olunmasına giriş (mühazirə – 30 saat)
- Statistika (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Logistika sistemlərində və təchizat zəncirlərində simulyasiyalar (mühazirə – 15 saat, məşğələ – 15 saat, laboratoriya – 15 saat)
- Əməliyyatların idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Satınalma və gömrük (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Risklərin idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Təchizat Zənciri idarəçiləri üçün maliyyə (mühazirə – 30 saat, məşğələ – 15 saat)
Yaz semestri:
- Xarici dil – II (məşğələ – 45 saat)
- Anbar ehtiyatlarının idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Akademik yazı və tədqiqat üsulları (mühazirə – 30 saat)
- Nəqliyyat prosesi və nəqliyyat növləri (mühazirə – 30 saat)
- Logistika sistemlərində riyazi modelləşdirmə (mühazirə – 30 saat, məşğələ – 15 saat)
- Logistika sistemlərində proqram təminatları (mühazirə – 30 saat, məşğələ – 15 saat)
Namizədlərə əsas tələblər aşağıdakılardır:
- Logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, İnformasiya və Kommunikasiya Texnologiyaları sahələrində ən azı magistr dərəcəsi
- Ən azı 1 illik pedaqoji təcrübə
- Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidir
- Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanı
Maraqlanan şəxslər təfərrüatlı CV-lərini, diplomların surətlərini və iddia etdikləri fənn yaxud fənlər üzrə nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00- dək cv@aztu.edu.az, ibs_sm@aztu.edu.az və elzaminquliyev@aztu.edu.az elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.